ABŞ Ukraynaya hərbi və iqtisadi dəstəyi dayandırıb
Xatırladaq ki, yanvarın 21-də Ağ Ev ABŞ prezidenti Donald Trampın bu proqramların ABŞ-nin xarici siyasətinə uyğunluğunu qiymətləndirmək üçün digər ölkələrə inkişaf yardımını 90 gün müddətinə dayandırmaq barədə sərəncam imzaladığını açıqlayıb.
“ABŞ hakimiyyətinin yardımı dayandırması, çox güman ki, Ukrayna və Tayvana Amerika silahlarının alınması üçün ayrılan maliyyəni donduracaq. Lakin bu, Kiyev və Çin adası üçün yeganə silah alışı mənbəyi deyil”, - nəşr yazıb.
Qəzetdə dərc edilən məqalədə həmçinin qeyd olunur ki, Trampın fərmanı, görünür, Ukraynaya iqtisadi yardıma da təsir göstərib. Lakin ukraynalı məmurlardan birinin iddiasına görə, ABŞ-dən Kiyevə gələn büdcə yardımı davam edir.
Sahil İsgəndərov
AzVision.az