KTMT: “Sərhədlərin demarkasiyası vacibdir”

 KTMT: “Sərhədlərin demarkasiyası vacibdir”
  30 Yanvar 2025    Oxunub:515
Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və sülh müqaviləsinin bağlanmasına hazırlıq işləri Cənubi Qafqazda sabitliyin təmin edilməsi üçün əsas məsələlərdəndir.
AzVision.az xəbər verir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Taşkilatının (KTMT) Birləşmiş Qərargah rəisi, general-polkovnik Andrey Serdyukov keçirdiyi brifinqdə belə deyib.

“Regionda vəziyyət qeyri-sabit olaraq qalır. Davam edən həll prosesinin mərkəzi aspekti Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və sülh müqaviləsinin bağlanmasına hazırlıq işləridir”, - Serdyukov vurğulayıb.

O, eyni zamanda, Qərb ölkələrinin Cənubi Qafqazda öz təsirlərini gücləndirmək cəhdlərinin regionda gərginliyə səbəb olduğuna diqqət çəkib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Azərbaycan   Ermənistan   sərhədlər  





Xəbər lenti