Qurani-Kərimin yandırılmasının təşkilatçısı öldürülüb

   Qurani-Kərimin  yandırılmasının təşkilatçısı öldürülüb
  30 Yanvar 2025    Oxunub:528
İraq əsilli anti-islamçı fəal, Qurani-Kərimin yandırılması aksiyalarının təşkilatçısı Salvan Momika İsveçin paytaxtı Stokholm şəhəri yaxınlığında aldığı yaralardan ölüb.
AzVision.az xəbər verir ki, “SVT” telekanalının yaydığı məlumata görə, güllə yaraları almış 38 yaşlı Momika dünən axşam saatlarında Stokholmun yaxınlışıdakı Syodertelye şəhərində tapılıb.

Hadisənin istintaqına təhlükəsizlik xidməti cəlb olunub, bir neçə nəfər saxlanılıb. Hadisə yerinin ətrafı mühasirəyə alınıb, yaşayış binasının ətrafında axtarış aparılır”, - telekanal bildirib.

"Quran"ı yandıran ərəbin "Tiktok" hesabındakı hədiyyə funksiyası bağlanıb
İsveç polisi hadisə və öldürülən şəxsin kimliyi ilə bağlı hələlik açıqlama verməyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Momiko   Quran   yandırılma  





Xəbər lenti