Corcesku: “Ukraynanın bölünməsi qaçılmazdır”

 Corcesku: “Ukraynanın bölünməsi qaçılmazdır”
  30 Yanvar 2025    Oxunub:510
Ukraynanı “uydurma dövlət” adlandıran Rumıniya prezidentliyinə namizəd və ifrat sağçı siyasətçi Kelin Corcesku bu ölkənin qonşu dövlətlər arasında bölünəcəyinin “qaçılmaz” olduğunu bildirib.
AzVision.az xəbər verir ki, Ukraynanın “Yevropeyskaya Pravda” qəzeti belə məlumat yayıb.

“Dünya dəyişir. Sərhədlər dəyişəcək. Üstəlik, sərhədlər dəyişsə, biz harada olacağıq? Bizdə Şimali Bukovinaya maraq var. Bucakımız var, Şimali Marameruşumuz var, elə deyilmi? Keçmişdən... o, necə adlanırdı... Zakarpatiye! Macarlar da var... Polyaklarla qalacaq Lvov və Kiçik Rusiya...”, - siyasətçi jurnalist İon Krista ilə müzakirə zamanı deyib.

Rumıniyada minlərlə insan etiraz aksiyasını çıxıb
Сorсeskunun iddiasıan görə, Ukraynanın bölünməsi qaçılmazdır və yüz faiz də belə olacaq. Ukraynalıların başqa yolu yoxdur. Çünki Ukrayna uydurma dövlətdir, bu, Ukrayna Sovet Sosialist Respublikasıdır.

Bundan əvvəl Corcesku bəyan etmişdi ki, seçkilərdə qalib gəlsə, Rumıniya vasitəsilə Ukrayna taxılının davamlı ixracını və Ukraynaya əlavə hərbi yardımı qadağan edəcək. May ayında keçiriləcək təkrar prezident seçkiləri ərəfəsində Corcesku Rumıniya rəhbərliyinə ən populyar namizəd olaraq qalır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Corcesku   Ukrayna   parçalanma  





Xəbər lenti