Keçmiş diplomat: "Əsir mübadiləsi İsraildə qarışıq reaksiya doğurub"

  Keçmiş diplomat: "Əsir mübadiləsi İsraildə qarışıq reaksiya doğurub"
  30 Yanvar 2025    Oxunub:421
"HƏMAS qruplaşması ilə əsir mübadiləsi hazırda İsraildə bir yandan sevinclə qarşılansa da, eyni zamanda, növbəti mərhələ üçün narahatlıq da var".
Bu sözləri İsrailin keçmiş (2007-2014) prezidenti Şimon Peresin siyasi müşaviri vəzifəsində çalışmış Alon Pinkas "Al Jazeera" xəbər agentliyinə müsahibəsində dilə gətirib. O vurğulayıb ki, hər kəs qəlbən əsirlərin aqibətini düşünsə də, atəşkəs danışıqlarının növbəti mərhələsi məntiqi cəhətdən əsas məsələdir.

"Vətəndaşlar, xüsusilə əsirlərin ailələri onların azadlığa çıxmaları, həmçinin əməliyyatların atəşkəs sazişi nəticəsində dayandırılması münasibətilə, şübhəsiz ki, şaddırlar. Digər tərəfdən, razılaşmanın növbəti mərhələsinin necə keçəcəyi ilə bağlı qeyri-müəyyənlik də narahatlıq yaradır. Artıq atəşkəsin 12-ci günündəyik. İkinci mərhələ üzrə danışıqlar başlamaq üzrədir, ancaq əksəriyyət bu danışıqların, ümumiyyətlə, atəşkəsin davamlılığına şübhə ilə yanaşır", - Pinkas söyləyib.
Politico: "Tramp hökuməti Qəzzada atəşkəsi qorumağa çalışır"

Məlumat üçün bildirək ki, Qəzza zolağında İsrail ilə Fələstinin HƏMAS qruplaşması arasında atəşkəv və əsir mübadiləsi sazişinin ikinci mərhələsi ilk mərhələnin 16-cı günündə, yəni fevralın ilk günlərində başlayacaq. ABŞ, Qətər və Misir danışıqların əsas vasitəçiləridir. ABŞ-nin milli təhlükəsizlik müşaviri Mayk Volts və Dövlət katibi Marko Rubio danışıqların aparıcıları kimi göstərilir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Qəzza   atəşkəs   əsir-mübadiləsi  





Xəbər lenti