![]() |
Avropa Putin-Tramp danışığını titrəyərək gözləyir - "Bild" |
"Biz bilirik ki, Rusiyaya yeni müharibəyə hazırlaşmaq üçün 4-6 il lazım olacaq. Bu, bizim də müəyyən proseslərə hazırlaşmalı olduğumuz bir müddətdir. Rusiyanı çəkindirmək üçün əlimizdə nələrsə olmalıdır", - Fiala bildirib.
O, mövcud vəziyyətdə yeganə variant kimi diş qıcayıb öz müdafiənə sərmayə qoymağı göstərib. Baş nazirin sözlərinə görə, Avropa özünün loyal siyasətinə yenidən baxmalı və silahlara daha çox sərmayə qoymalıdır.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural Tağıyev
AzVision.az