Fransa 100-dən artıq fələstinlini Qəzzadan təxliyyə edib

 Fransa 100-dən artıq fələstinlini Qəzzadan təxliyyə edib
  23 Aprel 2025    Oxunub:469
Fransa İsrail-HƏMAS müharibəsi fonunda öz vətəndaşlarını Qəzza zolağından çıxarması fonunda yüzdən artıq fələstinlini də təhlükəsiz əraziyə köçürüb.
Bu barədə Fransa hökumətin adı çəkilməyən nümayəndəsi "The Times of Israel" xəbər saytına açıqlamasında məlumat verib. O diqqətə çatdırıb ki, köçürülənlərin əksəriyyəti sağlamlıq vəziyyətləri ilə əlaqədar tibbi yardıma ehtiyac duyanlardır.

Evakuasiya prosesi İsrail hökumətinin icazəsi fonunda həyata keçirilib.
Üç ölkə Qəzzaya yardımın bərpasına çağırıb

Xatırladaq ki, keçən ay Fələstinin HƏMAS qruplaşması atəşkəs və əsir mübadiləsi üzrə sazişin uzadılması ilə razılaşmayıb, İsrail də cavabən Qəzzaya humanitar yardımın keçidini dayandırıb. Almaniya, Fransa və Britaniyanın xarici işlər nazirləri birgə bəyanatla İsraili Qəzza zolağına humanitar yardımın keçidinə yenidən icazə verməyə çağırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Fransa   Qəzza   evakuasiya  





Xəbər lenti