Pakistan əməliyyat keçirdi: - xeyli terrorçu öldürülüb

Bildirilir ki, Pakistan hərbçilərinin hədəfi ölkədə qadağan edilmiş "Fitna əl-Xavaric" qruplaşmasının ekstremistləri olub ki, bu qruplaşma əvvəllər "Təhriki Talibani Pakistan" ("Pakistan Taliban Hərəkatı") kimi tanınırdı.
ISPR-in məlumatına görə, döyüşçülərlə şiddətli toqquşma zamanı Pakistan ordusu altı terrorçunu məhv etməyə və daha dördünü yaralamağa müvəffəq olub. Hazırda atışma baş verən ərazidə təmizləmə əməliyyatı davam edir. Hərbi idarə vurğulayır ki, Pakistan hərbçiləri arasında itki yoxdur.
Teqlər: Pakistan