Ucarda partlayış və yanğın olub | FOTOLAR

Ucarda partlayış və yanğın olub  | FOTOLAR
  01 İyun 2025    Oxunub:653
Ucarın Müsüslü kəndində səhər satlarında partlayış baş verib. Hadisədən dərhal sonra ərazidə irimiqyaslı yanğın başlayıb.

Yanğın Azərbaycan Dəmir Yollarına məxsus yarımstansiyada qeydə alınıb.


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası dərhal əraziyə cəlb olunub. Yanğın qısa müddətdə nəzarət altına alınıb və söndürülüb. Nəticədə daha böyük fəsadların qarşısı alınıb.


Yarımstansiyanın fəaliyyətində fasilə yaranıb. Bu səbəbdən Müsüslü də daxil olmaqla ətrafdakı beş kənd hazırda elektrik enerjisiz qalıb. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub və elektrik enerjisinin bərpası istiqamətində təmir-bərpa işləri aparılır.


Hazırda yanğının dəqiq səbəbi və vurulan maddi ziyanın həcmi araşdırılır.

("Azərtac")


Teqlər: Ucar   Yanğın  





Xəbər lenti