UEFA Türkiyə klublarını cəzalandırıb

UEFA Türkiyə klublarını cəzalandırıb
  26 İyun 2013    Oxunub:1497
UEFA Nizam-İntizam Komitəsi “Fənərbağça” və “Beşiktaş”la bağlı son qərarını verib.
AzVision.az xəbər veririr ki, futbol qurumu birinciləri 2+1, ikinciləri isə 1 il müddətinə avrokubok oyunlarından uzaqlaşdırıb.
Hər iki klub qərarla bağlı Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək. CAS etirazları araşdırdıqdan sonra ən gec iyulun 15-nə qədər qərar verəcək.

Qeyd edək ki, daha əvvəl UEFA müfəttişləri Türkiyə futbolundakı danışılmış oyunlarla bağlı araşdırmalarını tamamladıqdan sonra “Fənərbağça” və “Beşiktaş”la bağlı dosyeləri ali futbol qurumunun cəza orqanı olan Nizam-İntizam Komitəsinə göndərmişdi.
Yeri gəlmişkən, hələ UEFA qərarını açıqlamamışdan əvvəl 5-ci Asliye Məhkəməsi “Fənərbağça”nın prezidenti Əziz Yıldırım və klubun idarə heyətinin 2 üzvü - Şekip Mosturoğlu ilə İlhan Ekşioğlu barəsində müvəqqəti olaraq vəzifələrindən uzaqlaşdırma qərarını çıxarıb.
Xatırladaq ki, Türkiyə futbolundakı danışılmış oyunlarla bağlı qalmaqal 2 il əvvəl baş verib. “Fənərbağça” prezidenti Əziz Yıldırım da daxil olmaqla, bir çox klub rəhbəri, menecerlər və futbolçular həbs edilmişdi. Məhkəmə onları müxtəlif müddətə azadlıqdan məhrum etsə də, bu şəxslər 1 il həbsdə qaldıqdan sonra azadlığa buraxılmışdı.

AzVision.az


Teqlər:  





Xəbər lenti