Abşeronda silah-sursat aşkarlanıb - FOTO/VİDEO

Abşeronda silah-sursat aşkarlanıb -    FOTO/VİDEO
  12 Aprel 2025    Oxunub:478
Abşeron rayonu, Qobu və Masazır qəsəbələrində silah-sursat aşkarlanıb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az -a məlumat verilib ki, hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra ümumilikdə döyüş tətbiqinə yararlı 8 ədəd F1 əl qumbarası, 10 ədəd RQD 5 əl qumbarası, 18 ədəd UZRQM partladıcısı, 7 ədəd 7.62x55 mm-lik mərmi, 2 ədəd 9x18 mm-lik mərmi , 1 ədəd Makarov və 1 ədəd Tokarev markalı tapança götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

AzVision.az

Qalereya




Teqlər: FHN  





Xəbər lenti