DİN: "axtarışda olan 6 nəfər saxlanılıb, 38 kiloqramdan çox narkotik vasitə aşkarlanıb"

Bundan başqa, ümumi çəkisi 38,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 2 kiloqrama yaxın heroin, 36,7 kiloqramdan çox marixuana və metamfetamin olub.
Ötən gün, həmçinin DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilib. Polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 tapança, 1 qumbara, 1 patron darağı və 42 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
AzVision.az