Qaqin: "Məni kimyəvi mərmi ilə vurublar"

Qaqin:    "Məni kimyəvi mərmi ilə vurublar"
  10 İyul 2024    Oxunub:979
Qondarma "Donetsk Xalq Respubilkası" (DXR) rəhbərinin müşaviri Yan Qaqin hücuma məruz qalıb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. İddia olunur ki, Qaqinin olduğu əraziyə mərmi atılıb. Partlayan sursat kimyəvi tərkibli olub.

Hadisə baş verən zaman Qaqin və onun ətrafında olan bir neçə nəfər Ukraynaya məxsus Pilotsuz Uçuş Aparatı (PUA) ilə hücuma məruz qalıb.

"Ərazidə olanlar çoxsaylı bədən xəsarətləri alaraq Volnovaxa rayon xəstəxanasına yerləşdiriliblər", - "Rossiyskaya Qazeta" yazıb.

Qaqin özü isə insidentlə bağlı bunları deyib: “Biz qəlpə yaralarından əlavə ağır kimyəvi yanıqlar da aldıq. Bu isə düşmənin bəzi zəhərli, kimyəvi maddələrdən istifadə etdiyini göstərir".

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti