İrandan narkotik keçirilməsinin qarşısı alınıb

İrandan narkotik keçirilməsinin qarşısı alınıb
  10 İyul 2024    Oxunub:1003
İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb.
Bu barədə AzVision.az -a Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, iyul ayının 10-da saat 03:50-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 36 kiloqram 790 qram narkotik vasitə ( marixuana 34 kq 690 qram; tiryək 2 kq 100 qram) və 1200 ədəd Metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti