Aydın Quliyev: “Seçkilər dövlətçilik baxımından mühüm əhəmiyyət daşıyır”

   Aydın Quliyev:    “Seçkilər dövlətçilik baxımından mühüm əhəmiyyət daşıyır”
  13 Avqust 2024    Oxunub:654
“Milli Məclisə seçkilər dövlətçilik baxımından mühüm əhəmiyyət daşıyır. Biz indiyə qədər seçkiləri Azərbaycanın bütün ərazilərini əhatə etməyən formada keçirmişik. Amma fevral ayında ilk dəfə olaraq prezident seçkilərini suverenliyini tam bərpa etmiş ölkə kimi keçirdik. İndi isə parlament seçkiləri bütün ölkə ərazisində baş tutacaq. Azərbaycan dövləti bir mərhələni geridə qoydu, yeni müstəviyə daxil oldu”.
Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında politoloq Aydın Quliyev deyib.

Siyasi ekspert qeyd edib ki, sentyabrın 1-də baş tutacaq seçkilərdən sonra Azərbaycan parlamenti tarixində dövlətin suverenliyinə və ərazi bütövlüyünə söykənən ilk Milli Məclis formalaşdırılacaq: “Bu, həqiqətən də böyük nailiyyət olacaq. Çünki Azərbaycan otuz il ərzində belə bir Milli Məclis formalaşdıra, indiki kimi seçkilər keçirə bilməyib. Bu, Ermənistanın işğalçılıq siyasəti üzündən reallaşmırdı. İndi isə biz ilk dəfə olaraq Azərbaycanın tamamlanmış suverenliyinə və bütöv ərazi prinsipinə söykənən seçkini keçirə biləcəyik. Bunlar həm böyük dövlətçilik nailiyyətidir, həm də yeni parlamentin üzərinə çox böyük məsuliyyət qoyacaq. Yeni formalaşacaq Milli Məclisin deputat korpusu bəzi mühüm məqamları öz fəaliyyətində nəzər almalıdır. Onlar bir an da olsun unutmamlıdırlar ki, həmin məsul şəxslər müstəqil Azərbaycanın tarixində suverenlik və ərazi bütövlüyü prinsipi çərçivəsində seçilmiş və bu şərəfi daşıyan ilk deputatlar olacaqlar”.
AzVision.az



Teqlər: Seçki  





Xəbər lenti