Azərbaycan lüks turizm imkanları Qazaxıstanda təbliğ edilib

Azərbaycan lüks turizm imkanları Qazaxıstanda təbliğ edilib
  23 Sentyabr 2024    Oxunub:951
Azərbaycan Turizm Bürosu 18-20 sentyabr tarixlərində Qazaxıstanın Astana və Almatı şəhərlərində “Luxury Travel Mart” tədbiri çərçivəsində ölkəmizin lüks turizm məhsullarının təqdimatı ilə çıxış edib.
Əsasən lüks turizm məhsullarının təqdim olunduğu tədbirdə Qazaxıstanın 25 aparıcı turizm operatoru və səyahət agentliyi ilə B2B (biznesdən-biznesə) formatlı görüşlər keçirilib, Azərbaycanın turizm potensialı, o cümlədən xizək kurortları, Bakı şəhər turları, sağlamlıq və termal istirahət mərkəzləri, eləcə də işgüzar və lüks turizm məhsulları haqqında məlumat verilib.

Turizm sahəsində əməkdaşlıq əlaqələrini möhkəmləndirmək və yeni işgüzar əlaqələr qurmaq üçün əlverişli platforma olan “Luxury Travel Mart” tədbiri çərçivəsində təşkil edilən biznes səhər yeməyində Qazaxıstanı təmsil edən 50 turizm agentliyi üçün Azərbaycanın əsas turizm destinasiyaları barədə təqdimat keçirilib.
İştirakçılar ölkəmizin qış idman növləri, mədəni turizm, sağlamlıq təklifləri və turizm təcrübələri barədə məlumatlandırılıblar.

Qazaxıstandan Azərbaycana səfər edənlərin sayı 2024-cü ilin yanvar-avqust ayları ərzində 58 082 nəfər təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 64% artım deməkdir.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti