Azərbaycan Prezidenti: Bizə qarşı ideoloji təxribatlar davam edir

      Azərbaycan Prezidenti:    Bizə qarşı ideoloji təxribatlar davam edir
  23 Sentyabr 2024    Oxunub:920
Bizə qarşı ideoloji təxribatlar davam edir. Düzdür, onların bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Ancaq bu, bizi sakitləşdirməməlidir.
Bu fikirləri Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında səsləndirib.

“Bizə qarşı aparılan çirkin oyunları ifşa etməliyik, necə ki, edirik, həm rəsmi surətdə, həm ictimai məkanda, media məkanında. Hesab edirəm ki, Azərbaycan xalqı bu gün hər şeyi yaxşı görür, hər şeyi yaxşı bilir - bizim dostumuz kimdir, düşmənimiz kimdir”, - deyə dövlət başçısı vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti