Bakıda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı məsələlərin həllinə yardım edəcək - Ərdoğan

Bakıda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı məsələlərin həllinə yardım edəcək -    Ərdoğan
  24 Sentyabr 2024    Oxunub:753
Bakıda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı məsələlərin həllinə yardım edəcək.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında çıxışı zamanı deyib.

“Heç bir ölkə təkbaşına emissiyaların azaldılmasına nail ola və iqlim dəyişikliyi prosesinə uyğunlaşa bilməz. Maliyyələşdirmə, texnologiya transferi və potensialın artırılması inkişaf etməkdə olan ölkələr üçün kritik məsələlərdir.

İnanıram ki, Bakıda keçiriləcək COP29 bu problemlərin həllinə yardım edəcək”, - deyə Türkiyə prezidenti bildirib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

AzVision.az



Teqlər:





Xəbər lenti