Məişət zorakılığı ilə bağlı yeni dövlət konsepsiyası hazırlanır

   Məişət zorakılığı ilə bağlı yeni dövlət konsepsiyası hazırlanır
  26 Sentyabr 2024    Oxunub:397
Məişət zorakılığının qarşısının alınması ilə bağlı yeni dövlət konsepsiyası hazırlanır.
AzVision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin sədri Bahar Muradova Gənc Ailə Forumunda deyib. Onun sözlərinə görə, hazırda 30-dan çox qanunvericilik aktı icradadır.

B.Muradova bildirib ki, ənənələrimiz məhz ailə mühitində formalaşır və gələcək nəsillərə ötürülür: "Hansı dövrdə yaşamağımızdan asılı olmayaraq, ailənin təməlində dayanan dəyərlər var. Bu dəyərlər ailəni möhkəm saxlayan amillərdir.

Konfransın məqsədi gənc ailələrin qarşılaşdığı problemləri müzakirə etməkdir. Biz bu forumda, həmçinin uzunömürlü ailələrin təcrübəsinin gənc ailələrə ötürülməsini böyük sərvət kimi dəyərləndiririk".

AzVision.az


Teqlər:





Xəbər lenti