Borrell Kiyevə getdi

Borrell Kiyevə getdi
  09 Noyabr 2024    Oxunub:1411
Aİ diplomatiyasının rəhbəri Cozep Borrell Ukraynanın paytaxtı Kiyevə gedib.
AzVision.az xəbər verir ki, o, bu barədə “X” hesabında yazıb.

Borrell qeyd edib ki, bu, onun Kiyevə beşinci və Aİ diplomatik xidmətinin rəhbəri kimi sonuncu səfəridir. O vurğulayıb ki, Ukraynaya dəstək Aİ gündəminin əsas mövzusu olaraq qalmaqda davam edəcək.

Qeyd edək ki, ötən gün Aİ liderlərinin Budapeştdə keçirilən qeyri-rəsmi görüşündə Borrell səfər zamanı Kiyevə yardım göstərilməsini ölkə hakimiyyəti ilə müzakirə etməyi planlaşdırdığını bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti