Nazirlər təyyarə qəzasını müzakirə ediblər

   Nazirlər təyyarə qəzasını müzakirə ediblər
  26 Dekabr 2024    Oxunub:327
Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng edib.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Murat Nurtleu “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması xəbərini böyük kədər hissi ilə qarşıladıqlarını qeyd edib:

"Qazaxıstan naziri qəza nəticəsində həlak olanların ailələrinə, dost və qardaş Azərbaycan xalqına, dərin hüznlə başsağlığı verib. Qəzanın ilk anlarından Qazaxıstan fövqəladə hallar qurumlarının tam səfərbər olduğu və qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etdikləri diqqətə çatdırılıb. Qəzanın səbəblərinin araşdırılması istiqamətində istintaq qrupu yaradıldığı və müvafiq tədbirlər görüldüyü bildirilib".

Qeyd edilib ki, Ceyhun Bayramov Qazaxıstanlı həmkarına başsağlığı diləklərinə görə təşəkkür edib, öz növbəsində, həlak olan Qazaxıstan vətəndaşlarının ailələrinə, dost və qardaş Qazaxıstana başsağlığı verib. Göstərilən dəstəyə görə minnətdarlıq bildirilib.

AzVision.az



Teqlər:





Xəbər lenti