Özbəkistanın Baş naziri Əli Əsədova başsağlığı məktubu ünvanlayıb

Özbəkistanın Baş naziri Əli Əsədova başsağlığı məktubu ünvanlayıb
  26 Dekabr 2024    Oxunub:301
Özbəkistanın Baş naziri Abdulla Aripov Azərbaycanın Baş naziri Əli Əsədova başsağlığı məktubu ünvanlayıb.
Bu barədə AzVision.az -a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib. Məktubda deyilir: “Biz dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması nəticəsində insan tələfatı xəbərini dərin hüzn və kədər hissi ilə aldıq”.

Abdulla Aripov baş vermiş təyyarə qəzası ilə əlaqədar Baş nazir Əli Əsədova, həlak olanların ailə üzvlərinə başsağlığı verib, yaralananlara şəfa diləyib.

AzVision.az



Teqlər:





Xəbər lenti