Pakistan parlamentinin sədri Azərbaycana başsağlığı verib
“Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan təyyarəsinin faciəvi qəzaya uğramasından dərindən kədərləndim. Azərbaycan Prezidenti İlham Əliyevə, Milli Məclisin sədri Sahibə Qafarovaya və Azərbaycan xalqına bu əvəzedilməz itki ilə bağlı səmimi başsağlığı verirəm. Yas tutan ailələrə səmimi qəlbdən başsağlığı verir və xəsarət alanların tezliklə sağalmasını diləyirik. Pakistan hökuməti və xalqı bu kədərli günlərdə Azərbaycanın yanındadır”, - spikerin bəyanatında vurğulanıb.
AzVision.az
Teqlər: