Xəzərdə ikinci dəfə zəlzələ olub - YENİLƏNİB
***
Xəzər dənizində 3,0 maqnitudalı zəlzələ baş verib. Bu barədə AzVision.az -a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib.
Qeyd edilib ki, yeraltı təkanlar 26 dekabr Bakı vaxtı ilə 02:03-də qeydə alınıb. Zəlzələ ocağının dərinliyi 63 kilometr olub.
AzVision.az
Teqlər: