Siyasi partiyalardan təyyarə qəzası ilə əlaqədar bəyanat

   Siyasi partiyalardan təyyarə qəzası ilə əlaqədar bəyanat
  26 Dekabr 2024    Oxunub:374
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar AZAL-ın Bakı–Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar bəyanat yayıblar.
AzVision.az bəyanatı təqdim edir:

“2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysi üzrə sərnişin daşıyan təyyarəsinin qəzaya uğraması nəticəsində insanların faciəvi şəkildə dünyalarını dəyişməsi və xəsarətlər alması bütün xalqımızı dərindən kədərləndirdi.

Baş vermiş hadisə ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasına səfərini təxirə salmış, təcili ölkəyə qayıdaraq qəza nəticələrinin aradan qaldırılması və səbəblərinin araşdırılması üçün operativ müşavirə keçirmişdir. Dövlətimizin başçısının imzaladığı müvafiq sərəncamlarla baş vermiş qəzanın səbəblərinin araşdırılması, qəzada həlak olmuş və xəsarət almış şəxslərin ailələrinə yardım göstərilməsi, həmçinin qəzadan zərər görmüş xarici ölkə vətəndaşları ilə bağlı məsələlərin həlli məqsədilə dövlət komissiyası yaradılmış, ölkədə bir günlük matəm elan olunmuşdur.

İnanırıq ki, müvafiq dövlət qurumları qəzanın nəticələrini qısa müddətdə araşdıraraq ictimaiyyətə ətraflı məlumat verəcək, qəzadan zərər görənlərə lazımi dövlət qayğısı göstəriləcək.

Bəyanatı imzalayan siyasi partiyalar adından təyyarə qəzasında həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını arzulayırıq.

Belə ağır günlərdə xalqımızın və dövlətimizin yanında olduğumuzu bəyan edir, bəzilərinin bu bədbəxt hadisəni siyasi spekulyasiya predmetinə çevirmək cəhdini qınayır, vətəndaşlarımızı və bütün dünya azərbaycanlılarını həmrəyliyə çağırırıq.

Uca Allah xalqımızı bəlalardan qorusun!

1. Yeni Azərbaycan Partiyası

2. Vətəndaş Həmrəyliyi Partiyası Sabir Rüstəmxanlı

3. “Ana Vətən” Partiyası Fəzail Ağamalı

4. Ədalət, Hüquq, Demokratiya Partiyası Qüdrət Həsənquliyev

5. Böyük Quruluş Partiyası Fazil Mustafa

6. Demokratik İslahatlar Partiyası Asim Mollazadə

7. Azərbaycan Demokratik Maarifçilik Partiyası Elşən Musayev

8. Milli Cəbhə Partiyası Razi Nurullayev

9. “Azərbaycan Milli İstiqlal” Partiyası Arzuxan Əlizadə

10. “Böyük Azərbaycan” Partiyası Elşad Musayev

11. Haqq Ədalət Partiyası Əli İnsanov

12. Vəhdət Partiyası Tahir Kərimli

13. Azərbaycan Ümid Partiyası İqbal Ağazadə

14. Azərbaycan Demokrat Partiyası Sərdar Cəlaloğlu

15. Azərbaycan Xalq Partiyası Pənah Hüseyn

16. Milli Dirçəliş Hərəkatı Partiyası Fərəc Quliyev

17. Ədalət Partiyası İlyas İsmayılov

18. Klassik Xalq Cəbhəsi Partiyası Mirmahmud Fəttayev

19. AĞ Partiyası Tural Abbaslı

20. REAL Partiyası Natiq Cəfərli

21. Azad Vətən Partiyası Akif Nağı

22. Müasir Müsavat Partiyası Hafiz Hacıyev

23. Yeni Zaman Partiyası Musa Ağayev

24. Gələcək Azərbaycan Partiyası Ağasif Şakiroğlu”.

AzVision.az



Teqlər:





Xəbər lenti