Karbon emissiyalarının 70 faizi şəhərlərin payına düşür

Karbon emissiyalarının 70 faizi şəhərlərin payına düşür
  20 Noyabr 2024    Oxunub:276
Dünya əhalisinin yarısından çoxu şəhər ərazilərində yaşayır. Bu sayın 2050-ci ilə qədər 70 faizə yaxın artmağı proqnozlaşdırılır. Gələn 5-7 il ərzində isə şəhərdə yaşayan əhali sayının 500 milyondan çox olması gözlənilir.
Bunu COP29 çərçivəsində keçirilən Şəhərsalma və iqlim dəyişikliyi üzrə yüksəksəviyyəli nazirlərin görüşü zamanı ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev bildirib.

O qeyd edib ki, karbon emissiyalarının atmosferə buraxılmasının 70 faizi şəhərlərin payına düşür: “Bu emissiyalar daha çox şəhər ərazilərindəki nəqliyyat və binalardan atmosferə daxil olur”.

AzVision.az


Teqlər:





Xəbər lenti