Əli Əsədov iranlı nazirlə görüşdü

   Əli Əsədov iranlı nazirlə görüşdü
  20 Noyabr 2024    Oxunub:230
Baş nazir Əli Əsədov noyabrın 20-də İranın mədəni irs, turizm və əl işləri sənayesi naziri Reza Salehi Amiri ilə görüşüb.
Nazirlər Kabinetindən (NK) AzVision.az - a verilən məlumata görə, görüşdə COP29-un Bakıda yüksək səviyyədə təşkil olunduğu məmnunluqla vurğulanıb.

Azərbaycanın COP Sədrliyi dövründə müəyyən etdiyi prioritetlərdən birinin də turizm sahəsində iqlim fəaliyyəti olduğu diqqətə çatdırılıb.

Söhbət zamanı Azərbaycan-İran əlaqələrinin hazırkı vəziyyəti, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti