Jurnalistlərin gəlirlərinin 75%-i vergidən azad edilib

   Jurnalistlərin gəlirlərinin 75%-i vergidən azad edilib
  01 Yanvar 2025    Oxunub:971
Bu il yanvarın 1-dən jurnalistlərin əldə etdikləri gəlirlərin 75%-i hər hansı şərt tətbiq edilmədən gəlir vergisindən azad ediləcək.
AzVision.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişikliklərdə öz əksini tapıb.
Bəzi xidmət sahələrinin gəlirlərinin 75%-i vergidən azad edilib

Qanuna əsasən, jurnalist fəaliyyəti ilə məşğul olan və həmin fəaliyyət növündən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45000 manatadək olan fiziki şəxslərin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərinin 75%-i gəlir vergisindən azad ediləcək.

AzVision.az


Teqlər:   vergi   mətbuat  





Xəbər lenti