AZAL-ın qəzaya uğrayan təyyarəsinin “qara qutu”larının oxunmasına başlanılıb

   AZAL-ın qəzaya uğrayan təyyarəsinin    “qara qutu”larının oxunmasına    başlanılıb
  04 Yanvar 2025    Oxunub:880
Dekabrın 25-də Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan Braziliya istehsalı olan “Azərbaycan Hava Yolları”ına məxsus “Embraer 190” təyyarəsinin “qara qutu”larının təhlili prosesi başlayıb.
AzVision.az Brazilya mediasına istinadən xəbər verir ki, “qara qutu”ların təhlilini Braziliyanın Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinin (CENIPA) mütəxəssisləri aparır. Məlumatda “qara qutu”ların mühüm məlumatlar və səs yazıları ehtiva etdiyi və bunların hadisənin səbəbini müəyyənləşdirmək üçün vacib olduğu bildirilir.

Aktauda təyyarə qəzasının TƏFƏRRÜATLARI
Qeyd edək ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Qazaxıstanın Aktau şəhəri istiqamətinə yön alıb və həmin şəhərin yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü də nəzərə alınmaqla 67 insan. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.

Sağ qalanların 14-ü Azərbaycan, 10-u Rusiya, 2-i Qırğızıstan vətəndaşıdır.

AzVision.az


Teqlər:   təyyarə   qəza   "qaraqutular"  





Xəbər lenti