Bildirilir ki, Klinton və Obama tədbirə dəvət olunsalar da, iştirak etməmək qərarına gəliblər. Nahara dəvət ABŞ-nin keçmiş birinci xanımı və sabiq dövlət katibi Hillari Klintona da göndərilib, lakin o da iştirak etməyi planlaşdırmır. Corc Buşun nümayəndələri NBC-yə bildiriblər ki, onun dəvət alıb-almaması barədə məlumatları yoxdur.
Tramp andiçmə zamanı terrorla üzləşə bilər - "Politico" |
Xatırladaq ki, 2024-cü ilin noyabrın 5-də baş tutan prezident seçkilərində Tramp 51% səslə Demokratlar Partiyasının namizədi Kamala Harrisə qalib gəlib. 60-cı prezident seçkiləri ilə bağlı andiçmə mərasimi yanvarın 20-də Vaşinqtonda keçiriləcək. Andiçmə gerçəkləşdikdən sonra Prezident Cozef Bayden və vitse-prezident Kamala Harris üçün yolasalma mərasimi baş tutacaq. Daha sonra Kapitoldakı Prezident otağında Trampın müxtəlif sənədlərə dair ilk imzalama mərasimi keçiriləcək.
Həmidə İbrahimova
AzVision.az