Bolqarıstanın enerji balansında Azərbaycan təbii qazının rolu artıb
Açıqlamada qeyd olunur ki, EWRC fevral ayında təbii qazın qiymətini bir MVt/saat üçün 84,34 lev (45 USD) səviyyəsində müəyyən edib ki, bu da yanvar göstəricisindən 3 % çoxdur.
Qiymətə Bolqarıstan-Yunanıstan qaz kəməri (IGB) vasitəsilə tədarük edilən Azərbaycan təbii qazının bütün müqavilə həcmi daxildir.
Qeyd edək ki, Azərbaycandan Bolqarıstana qaz tədarükü TAP-a birləşdirilən Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) vasitəsilə həyata keçirilir. Azərbaycan qazının IGB vasitəsilə bu ölkəyə tədarükünə 2022-ci ilin oktyabrın 1-dən başlanılıb.
AzVision.az
Teqlər: