O vaxt onun 26 yaşı vardı...

O vaxt onun 26  yaşı vardı...
  18 İyul 2013    Oxunub:1249
Etibar Hüseynov

Mən nə vaxt onun haqqında bir tənqidi yazı yazıramsa, himayəsində olan mirzələr tökülüşürlər üstümə - yaz ki, yazasan. Guya ki, bu İsa Qəmbər böyük, ali və müqəddəs birisidir. Onun haqda tənqidi heç nə yazmaq olmaz. Heç İsa peyğəmbərin həvariləri belə, Məsihi bu qədər müdafiə və mədh etməmişdilər ki, bunlar edir. Bütün şüurlu həyatı boyu bircə siyasi uğura imza ata bilməyən birisi haqda mahnılar, şeirlər yazılıb, şərəfinə şampun qoxulu yüzlərcə məqalə həsr edilib.


****

Ancaq nə yazıqlar ki, mənim daim fakt və məntiqə söykənən məqalələrimə yazdıqları cavab təhqir, süyüş və küfrdən başqa heç nə olmur. Zatən bunlarınkı da elə əvvəlcədən belə olub. Söyüş, qarğış, təhqir. Həqiqətlə hesablaşmaq, onu kişi kimi qəbul etməksə bunlarlıq deyil. Zatən bunları qınamaq da düz deyil. Həqiqət, dəmir məntiq və faktların qarşısında özgə nə deyə bilərlər ki?

İndisə keçək bunların hər gün bəy tərifi deyib göylərə qaldırdıqları başqanlarının "həyat səlnaməsinə"

****

Tay-tuşları ali məktəbi bitirib, böyük-böyük arzularla yaşayanda, Vətən üçün iş görmək yolunda alışıb-yananda, mövzu götürüb elmi iş yazanda Qəmbərov da elmi işini yarımçıq qoyub, DTK-ya agentlik yolunu tutdu. Adına "İŞ" açdırıb fəaliyyətə başladı. O vaxt onun 26 yaşı var idi.

Azərbaycanda Milli Azadlq Hərəkatı vüsət alıb, Qarabağ problemi ortaya çıxanda Qəmbərov Mərkəzdən gələn təlimata əsasən Palyaniçkonun "Gənc alimlər klubu"na üzv olur. Klubun fəaliyyətinə nəzarət ona tapşırılır. Gənc alimlərin bir çox söhbətləri gizlincə yazılır, vətənpərvər fəallar fiksə olunur. "Verbovka" oluna bilənlər ələ alınır, olunmayanlar "naməlum "səbəblərdən xəstələnir, dünyasını dəyişir, itkin düşür. Bütün bunları edəndəsə onun cəmisi 31 yaşı vardı.
****

Hadisələr sürətlə dəyişirdi. Qarabağ hadisələri fonunda Azərbaycanda Milli Azadlq Hərəkatı geniş vüsət alırdı. Artıq AXC yaranmışdı. Bu zaman kəsiyində isə da o bekar durmamışdı. Bir sıra aktiv "klub üzvləriylə" AXC-nin idarə heyətinə yol tapa bilmişdi. Və cəbhə daxilində baş verənlər isti-isti lazımi instansiyalara məruzə edilirdi. Və bu, o qədər ustalıqla edilirdi ki, kimsədə azacıq da olsa, şübhə yeri qalmırdı.

Qəmbərov təmiz işləyirdi. Hətta 89-cu ilin yayında milis AXC-nin “Sovetski” küçəsindəki qərargahına hücum edib Elçibəy başda olmaqla hamını şil-küt edəndə, İsa Qəmbərova bir çırtma belə dəyməməsinə əhəmiyyət verən olmadı. Lakin Moskvanın bütün cəhdlərinə baxmayaraq, AXC günü-gündən güclənirdi. Ona görə də onu parçalayıb pərən-pərən salmaq üçün daha qlobal plan işə salınmalı idi.

Elə ona görə də qanlı 20 yanvar əməliyyatı işə salınır. Qırılan qırılır, tutulan tutulur. O isə Vaqif Səmədoğlunun evində qəlyan tüstülədib, rahatca çay işərək hadisələri seyr edir. Qanlı hadisələrin səhərisi günü də onun bir çox silahdaşları həbs olunur. Amma o, nəinki müvəqqəti də olsa saxlanılmır, əksinə, uğurlu fəaliyyətinə görə Primakov tərəfindən "oçen xaroşiy paren eto İsya Kambarov" epitetini eşidir. Bu sözlər deyiləndəsə onun cəmisi 33 yaşı vardı.

****

Bir müddət keçdi. AXC Qarabağ hadisələri dalğasında hakimiyyətə gəldi. Bir sıra önəmli reformalar keçirildi. Rus qoşunları ölkıdın çıxarıldı milli manat dövriyyəyə buraxıldı və s. Bunun geniş vüsət almasınasa yol vermək olmazdı. Ona görə də "mərkəz"dən "parçala, hökm sür" tapşırığı gəlir.

Hakimiyyətdə təmsil olunan Qəmbərov Musavat partiyasını yaradır. Və bununla da da cəbhə hakimiyyəti daxilində ilk çata imza atır. İqtidar komandası daxilində ikitirəlik, xaos, anarxiya və dərəbəylik də məhz bundan sonra başlayır.

Tək ölkə deyil, dünya parlament tarixində də spikerinin elə iclas zalındaca siqaret cəkməsi praktikasına ilk olaraq Qəmbərov müəlliflik etdi.

Qəmbərovun 1 günün içində 8 məhkuma ölüm hökmü imzalayanda 35, Surət Hüseynovun qorxusundan istefa verib, vəzifəsini dondurandasa 36 yaşı vardı.

O vaxt Surətin adamları guya ki, onu həbs edib Gəncəyə aparmışdılar. Amma Moskvadakı "krışa"nın dəstəyi nəticəsində bu həbs heç 1 ay çəkmədi.

****

Zaman keçdi. Hakimyyətə Heydər Əliyev gəldi. Ölkədə baş alıb gedən xaos və anarxiyaya son qoyuldu. Silahlı dəstələr ləğv edildi. Azərbaycanda sabitlik və inkişaf dövrü başlandı. Bu isə bəzi məlum dairələrə rahatlıq vermirdi. Nəyin bahasına olursa-olsun Azərbaycanı yenidən xaos və anarxiyaya sürükləmək lazım idi. Amma bununçün münasib içtimai siyasi mühit tələb olunurdu.

O vaxt yetişdi - artıq Elçibəy dünyasını dəyişib. Heydər Əliyevsə xəstəliyi ilə əlaqədar ölkədən xaricdə idi. Ona görə də yerli agentlər yenidən işə salındı. Tapşırıq qisa və konkret idi - nəyin bahasına olursa-olsun, hakimiyyəti devirmək. İsa Qəmbər qabağa düşür. İnsanları küçələrə səsləyir. Yenə xaos. Yenə qarşıdurma. Həbslər, yaralananlar, hətta dünyasını dəyişənlər ... O isə evində oturub bütün baş verənləri tv vasitəsiylə seyr edir.

2005-ci ildə tərəfdarlarını “Qələbə” kinoteatrının qarşısında tullayıb arxa qapıdan qaçandasa İsa Qəmbər artıq 48 yaşında idi.

****

...O vaxtdan düz 30 il keçib. Amma gedilən yol, tapşırılan missiya hələ bitməyib deyəsən. Taktika da dəyişməyib, elə həmənkidi - əvvəlcə hamını ətrafına toplamaq, sonrasa bir-bir ləkələyərək sıradan çıxarmaq.

30 ilin "KeQeBeşnik"i ona-buna "xarici kəşfiyyata işləyən agent" deyir. Saxladığı qəzetlər, yemlədiyi mirzələrinin əliylə hamını ləkələyir, nüfuzdan salır, neytrallaşdırır. Bu gün müxalifət cəbhəsində yaranan birlikləri möhkəmlənməyə qoymayan da məhz odur. "Musavatın iştirakı olmadan heç bir birlik baş tuta bilməz"- bunu da xüsusi ərk və ədayla söyləyir. Ona görə də, bu gün müxalifət düşərgəsində bir şey hamıya gün kimi aydındır - hələ ki o, aramızdadı, heç bir birlikdən və uğurdan söhbət gedə bilməz... Bax, belə.

P.S. Görəsən onun indi neçə yaşı var?
P.P.S. Ya da ki, "yaşın nə fərqi var ki..."


Teqlər:  





Xəbər lenti