“Azərbaycanı dünyaya Şəfiqə xanımlar tanıdır”

“Azərbaycanı dünyaya Şəfiqə xanımlar tanıdır”
  27 İyul 2013    Oxunub:1299
Rəşid Behbudov adına Mahnı Tetarında xalq artisti Şəfiqə Axundovanın vida mərasimi keçirilib.
AzVision.az-ın məlumatına görə, mərasimi açıq elan edən mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev mərhum bəstəkarı novator kimi qiymətləndirib:

“O, Üzeyir Hacıbəyovun tələbəsi idi və ömrünün sonuna qədər də bununla fəxr edirdi. “Gəlin qayası” operasını yazmaqla şərqdə opera yazan ilk qadın olmuşdu. O musiqinin bütün janrlarında özünü sınamışdı; operada, romanslarda, operettalarda və s. Amma onun qəlbi daim vokal musiqisi ilə bağlı olub”.

Nazir müavini vurğulayıb ki, 600-dən çox mahnı müəllifi olan bəstəkarın mahnılarını görkəmli müğənnilər ifa edib:

“Şövkət Ələkbərova, Rübabə Muradova, Zeynəb Xanlarova, Sara Qədimova və başqa müğənnilər onun mahnılarını ifa edib. Hökumətmiz, dövlətimiz onun əməyini yüksək qiymətləndirib, ən yüksən ad olan “Xalq artisti” adına layiq görüb, ən yüksək mükafat olan “Şöhrət ordeni” ilə təltif edib. Azərbaycan mədəniyyətdində iz buraxan Şəfiqə Axundova şərəfli bir ömür yaşayıb. Yaşadığı dövrdə ayarrtdığı əsərlərlə sənətsevərlərin rəğbətini qazanıb”.

Bəstəkarlar ittifaqının katibi Sərdar Fərəcov da çıxış edərək mərhum bəstəkar haqqında fikirlərini səsləndirib: “O, dahi Üzeyir bəyin sonuncu tələbələrindən idi. O, xoşbəxt sənətkar kimi yaradıcılığa başlayıb. Ömrünün sonuna kimi müəlliminin amalına, ideyalarına sahib idi. Üzeyir bəyin ən böyük arzusunu reallaşdırdı, Şərqdə opera yazan ilk qadın oldu”.

S.Fərəcov Şəfiqə Axundovanın bəstəkar fəaliyyəti haqqında danıaşarkən deyib ki, o, hər janrda uğurlu nümunələr yaradıb:

“O, təkcə bəstəkar deyildi, həm də gənclər üçün ideal idi. Bununla bərabər Şəfiqə xanımın yaradıcılıq yolunu izlədikcə müxtəlif janrlarda əsərlər yaratdığını görürük. Mövcud olan musiqi janrlarının hamısına müraciət edib, uğurlu nümunələr yaradıb. Yaradıcılığının şah damarı mahnı janrı idi. O, heç vaxt unudulmayacaq. Azərbaycan xalqı üçün həmişə yaşayacaq. Ruhu şad olsun”.

Vida mərasimində ailə, qadın və uşaqlarla iş üzrə dövlət komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova da çıxış edib, Şəfiqə Axundovanı Azərbycanın qadın tarixinin gğzəl incilərindən biri adlandırıb:

“Azərbaycanın qadın tarixi çox zəngindir. Tarixmizdə qadın xadimlərimiz ilə fəxr etmişik. Bu gün də biz qadın tarixmizin gözəl incilərindən biri Şəfiqə xanımla vidalaşırıq. Mədəniyyətimizə ağır itki oldu”.

Xalq artisti Canəli Əkbərov da Şəfiqə Axundovanın ölümünü ağır itki kimi dəyərləndirib:

“Üzeyir bəyin son beşiyi olan Şəfiqə Axundova böyük hörmət və ehtirama layiq xanımdır. O, istər dövlət, istərsə də xalq tərəfindən sevilib”.

C.Əkbərov vurğulayıb ki, mərhum bəstəkar Azərbaycan mədəniyyətinin gülüstanına çevrilmişdi: “Yaradılcığını elə qurdu ki, o, Azərbaycan mədəniyyətinin gülüstanına çevrildi. Mən sevinirəm ki, onun əsərinin baş qəhrəmanı olmuşam. “Gəlin qayası”nda oynadığım Camal onun həmişə diqqətində idi. Bundan başqa oniun bəstələdiyi mahnıları da ifa etmişəm. Mən fəxr edirəm ki, onun qardaşı kimi həmişə onla ünsiyyətdə olmuşam. Allah qəni qəni rəhmət etsin”.

Ombudsman Elmira Süleymanova da tədbirdə mərhum bəstəkar haqqında fikirlərini mərasim iştirakçıları ilə bölüşüb: “Azərbaycanın gözəl qızı, gözəl bəstəkar, vətənpərvərliyi, insanpərvərliyi ilə hər birimizə örnək xanımı yola salırıq. Kədərli olmaqla yanaşı böyük qürur hissi keçiririk. Onun həyatına nəzər salanda düşünürük ki, Azərbaycan xalqını dünyaya Şəfiqə xanım kimi şəxsiyyətlər tanıdır”. Omdusman təklif edib ki, Şəfiqə Axundova ilə ünsiyyətdə olanlar onunla bağlı təssüratlarını yazsın və bunlar toplanaraq kitab halında nəşr edilsin:

“Ümid edirəm ki, Mədəniyyət və Turizm Nazirliyi də bu işdə yardımçı olar və bununla biz Şəfiqə xanımı yaşadırıq”.

Mərasimdə həmçinin xalq artisti Faiq Sucəddinov çıxış edib: “Şəfiqə xanım ilk idi. O, ilk adı ilə çox yüksəklərə qalxıb. Onun gözəl operaları var idi. 20 yanvar hadisələrinə gözəl əsərlər həsr etmişdi. Mənə tez-tez zəng edirdi ki, gəl Taleh əsərlərimi çalsın qulaq as. Gözəl ailə idi. Televiziyaya əsər təqdim etmişdim, tez-tez zəng edib soruşurdu ki, Faiz, sənə görə narahatam, pulunu aldın? Narahatlığın yoxdur ki? Allah rəhmət eləsin”.

Millət vəkili Qənirə Paşayeva da mərasimdə çıxış edib, Şəfiqə Axundovanı yad edib: “ Şəfiqə xanımı sevənlər kifayət qədər çoxdur. Biz həmişə hər yerdə fəxrlə demişik ki, o, bizim həmyerlimizdir, azərbaycanlıdır”. Q.Paşayeva bəstəkarın son günlərindən də danışıb: “Son günlərindən birində Aybəniz Haşımova ona dedi ki, istəyirsiz sizin üçün bir mahnı ifa edim? Və “Nədən oldu” mahnısını ifa etdi. Arabir Şəfiqə xanım da zümzümə edirdi. Mahnı bitəndən sonra Şəfiqə xanım dedi ki, məni ölməyə qoymayın. Mən yaşamaq yaratmaq istəyirəm, yubileyimi qeyd etmək istəyirəm. Bundna başqa onun böyükülüyü idi ki, son nəfəsində belə Üzeyir bəyi xatırlayırdı. Danışırdı ki, sənət, sənətçi necə olmalıdır”.

Mərasimdə mərhumun ailəsi adından bacısı Rəfiqə Axundova çıxış edib və ailəsinə qayğı göstərənlərə təşəkkür edib: “Hamı hər şeyi danışdı. Mənə yalnız təşəkkür etmək qalır. Prezidet İlham Əliyevə və Mehriban xanım Əliyevaya. Ailəmiz adından onlara qayğılarına görə təşəkkür edirəm. Tək onlara yox, bütün Azərbaycan xalqına minnətdaram”.

Bundan sonra vida mərasimi başa çatıb və Şəfiqə Axundova dəfn olunmaq üçün İkinci Fəxri Xiyabana aparılıb.

Fatimə KƏRİMLİ


Teqlər:





Xəbər lenti