Məktəb direktoru qəfil vəfat etdi

   Məktəb direktoru qəfil vəfat etdi
  12 İyun 2024    Oxunub:779
Qubadlı rayon İşıqlı kənd tam orta məktəbinin direktoru vəfat edib.
Bununla bağlı onun yaxınları sosial şəbəkələrdə paylaşım ediblər. Bildirilib ki, məktəbin direktoru Avtandil Abuş oğlu Novruzov qəfil dünyasını dəyişib. Yaxınlarının verdiyi məlumata görə, 1965-ci il təvəllüdlü direktorun ciddi xəstəliyi olmayıb.

A.Novruzov axşam saatlarında qəfil vəfat edib. O, eyni zamanda Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının sədri olub.

AzVision.az


Teqlər:





Xəbər lenti