Qurban Berdıyev rəsmən Azərbaycan klubunda

Qurban Berdıyev rəsmən Azərbaycan klubunda
  22 İyun 2024    Oxunub:963
Qurban Berdıyev rəsmən “Turan Tovuz”un baş məşqçisi təyin olunub
AzVision.az xəbər verir ki, bu barədə klubun idman direktoru Səməd Nəsibov Rusiyanın sport24.ru saytına açıqlamasında deyib.

O, 71 yaşlı mütəxəssislə 2+1 illik müqavilə imzaladıqlarını bildirib:

“Dünən axşam Qurban Berdıyev Bakıya gəldi və bu gün onunla müqavilə imzaladıq. Hər şey qaydasındadır, danışıqlar tez və yaxşı keçdi. Əvvəlcə bu mütəxəssisi daha bir mövsüm uzatmaq imkanı ilə bir illik müqavilə imzalamaq istəyirdik. Amma danışıqlar və nüansların müzakirəsi zamanı biz müqavilənin şərtlərini dəyişdik. “Turan” Qurban Berdıyevin işini izlədi və klubumuz başa düşdü ki, bu mütəxəssislə uzunmüddətli layihə qurmaq olar. Berdıyevin adı və təcrübəsi rol oynadığından yekun müqavilə 2+1 sistemi ilə bağlanıb".

Qeyd edək ki, Q.Berdıyev Mahaçqala "Dinamo"sunun klub prezidentinin müşaviri vəzifəsində çalışırdı.

AzVision.az



Teqlər:





Xəbər lenti