Ərdoğan millinin paltardəyişmə otağında - Fotolar

   Ərdoğan millinin paltardəyişmə otağında -    Fotolar
  07 İyul 2024    Oxunub:1802
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin milli komandası ilə görüşüb.
AzVision.az "Haber Global"a istinadən xəbər verir ki, Avro-2024-ün 1/4 finalında Niderlandla keçirilən oyunu stadiondan izləyən Ərdoğan görüş başa çatdıqdan sonra komandanın paltardəyişmə otağına gedib.

Prezident 1:2 hesabı ilə uduzaraq turnirlə vidalaşan komanda üzvlərinə dəstək olub. O, yarışda layiqli çıxış etdikləri üçün milli komandanı təbrik edib: "Hamınızı təbrik edirəm. Bu gün burada bu nəticəni alsaq da, siz bizim çempionumuzsunuz. Sizdən məmnunuq. Komandanın gələcəyi var".

Xatırladaq ki, Portuqaliya, Çexiya və Gürcüstanla bir qrupda mübarizə aparan Türkiyə millisi qrup ikincisi kimi 1/8 finala yüksəlib. Komanda bu mərhələdə Avstriyanı (2:1) mübarizədən kənarlaşdırıb.





AzVision.az


Teqlər:





Xəbər lenti