"Formula 1" Azərbaycan Qran-prisinə görə mərkəzi yollarda hərəkət məhdudlaşdırılacaq

 "Formula 1" Azərbaycan Qran-prisinə görə mərkəzi yollarda hərəkət məhdudlaşdırılacaq
  13 Avqust 2024    Oxunub:624
Bakıda keçiriləcək 2024-cü il "Formula 1" Azərbaycan Qran Prisinə hazırlıq işləri çərçivəsində yollarda quraşdırma işləri davam edir.
AzVision.az xəbər verir ki,məhdudiyyətlər avqustun 13-dən 16-dək gecə saat 23:00-dan səhər saat 06:00-a qədər davam edəcək.

Yollar haqqında ətraflı məlumatı təqdim edirik:

13 avqust saat 23:00-dan 14 avqust saat 06:00-dək Xaqani küçəsinin sağ və sol tərəfi, "Azadlıq" kəsişməsindən "Puşkin" kəsişməsinə qədər,

14 avqust saat 23:00-dan 15 avqust saat 06:00-dək Xaqani küçəsinin nəqliyyatın hərəkəti istiqamətində sol tərəf, "Xaqani-Rəşid Behbudov" və "Xaqani-Azadlıq" kəsişmələri arası,

15 avqust saat 23:00-dan 16 avqust saat 06:00-dək Xəqani küçəsinin nəqliyyatın hərəkəti istiqamətində sol tərəf, "Bülbül-Xaqani" və "Rəşid Behbudov-Xaqani" kəsişmələri arası.

Qeyd edək ki, "Formula 1" Azərbaycan Qran Prisi 2024-cü il, 13-15 sentyabr tarixlərində keçiriləcək.

AzVision.az




Teqlər:





Xəbər lenti