SOCAR-ın Pakistanda həyata keçirilən layihələrdə iştirakı imkanları müzakirə edilib

SOCAR-ın Pakistanda həyata keçirilən layihələrdə iştirakı imkanları müzakirə edilib
  26 Sentyabr 2024    Oxunub:771
Sentyabrın 26-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin ilə görüşüb.
AzVision.az SOCAR-ın mətbuat xədmətinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Pakistan arasında müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda əlaqələrin yüksələn xətt ilə inkişafından məmnunluq ifadə olunub.



Söhbət zamanı ölkələrimiz arasında enerji sektorunda əməkdaşlığın cari vəziyyəti nəzərdən keçirilib, həmçinin Pakistana maye təbii qaz (LNG) təchizatının davam etdirilməsinə, SOCAR-ın Pakistanda həyata keçirilən layihələrdə iştirakı imkanlarına dair məsələlər müzakirə edilib.



AzVision.az



Teqlər:





Xəbər lenti