"Xəzər TV"nin işçiləri yanğına görə təxliyə olunub

"Xəzər TV"nin işçiləri yanğına görə təxliyə olunub
  27 Sentyabr 2024    Oxunub:1080
Bakının Xətai rayonu Süleyman Əhmədov küçəsində baş verən güclü yanğına görə "Xəzər TV"nin binası boşaldılıb, işçilər təxliyə olunub.
AzVision.az xəbər verir ki, bu barədə "Xəzər TV"nin sosial şəbəkə hesabında məlumat yayılıb. Qeyd edək ki, sözügedən ünvanda günorta saatlarında başlayan yanğın məhdudlaşdırılıb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti