“28 May”ın qarşısındakı 10 şam ağacı köçürüləcək

“28 May”ın qarşısındakı 10 şam ağacı köçürüləcək
  27 Sentyabr 2024    Oxunub:1045
“Bakı Dəmiryol Vağzalı və metronun “28 May” stansiyasının qarşısında abadlıq-quruculuq işləri aparılan ərazidə tikinti altına düşən yaşıllıqlar köçürüləcək”.
Bunu “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin mühəndisi Ariz İsmayılov Dövlət Ekoloji Ekspertiza Agentliyində keçirilən ictimai dinləmədə deyib. O qeyd edib ki, tikini altına düşən 10 şam ağacı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ətraf ərazilərinə köçürüləcək:

“Beton hissələrə düşən yaşıllıqlar kiçik parametrli və köçürülməyə uyğun ağaclardır. Tikini zamanı həmin bölgədəki yaşıllıq ərazilərə dəyən ziyanı minimum səviyyəyə endirməyə çalışırıq. Ekoloji mühiti qorumaq üçün 2 min 400 kvadratmetri yaşıllıqlardan ibarət olan, 3,5 hektar ərazini əhatə edən park tikilir. Parkdakı ağaclar Bakının iqliminə uyğun növlərdir”, - deyə A.İsmayılov bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti