COP29 Azərbaycanın İdarə Heyətinin sədri Nərmin Carçalova Azercell-in təcrübəsinin bu tədbirin uğurla həyata keçirilməsinə mühüm töhfə verəcəyini bildirib: “Azercell ölkəmizdə ən böyük bazar payına sahib mobil operator olaraq telekommunikasiya məkanında böyük nüfuza malikdir. Hər zaman ölkəmizə innovativ texnoloji yenilikləri gətirən Azercell COP29-da sosial yönümlü layihələrini, xüsusilə də iqlim fəaliyyəti ilə bağlı həyata keçirdiyi təşəbbüsləri nümayiş etdirmək imkanı əldə edəcək”.
“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir |
Azercell-in dayanıqlılıq siyasəti müxtəlif ekoloji təşəbbüslər vasitəsilə karbon emissiyalarının azaldılması, enerjidən istifadənin optimallaşdırılması, su və yanacaq səmərəliliyinin artırılmasına yönəlib. Şirkət 2017-ci ildən etibarən ölkə ərazisində günəş enerjisi ilə işləyən baza stansiyalarının tətbiqinə başlayıb. Təkcə Qarabağda lider mobil operatorun 35 yaşıl baza stansiyası fəaliyyət göstərir və onların enerji tələbatının 60%-i bərpa olunan enerji hesabına qarşılanır. Həmçinin Azercell bir sıra qlobal iqlim təşəbbüslərini də dəstəkləyir. Belə ki, BMT-nin Qlobal Sazişinə və GSMA-nın İqlim Fəaliyyəti İşçi Qrupuna qoşulmaqla Azercell digər bazar iştirakçılarını da ətraf mühitlə bağlı səylərini gücləndirməyə təşviq edir. Qeyd edək ki, bu il Azercell ictimaiyyətə ilk ESG hesabatını da təqdim edib.
10 gün davam edəcək tədbir zamanı Azercell COP29-un keçiriləcəyi məkanda konfrans iştirakçılarını kəsintisiz telekommunikasiya xidmətləri ilə təmin edəcək.