Bu il qatarlar sahibsiz ev heyvanları ilə 42 dəfə toqquşub

Bu il qatarlar sahibsiz ev heyvanları ilə 42 dəfə toqquşub
  06 Dekabr 2024    Oxunub:906
Bu ilin əvvəlindən “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus qatarlar sahibsiz buraxılmış təsərrüfat heyvanları ilə 42 dəfə toqquşub.
AzVision.az bu barədə səhmdar cəmiyətinə istinadən xəbər verir. Məlumata görə, sahibsiz buraxılan mal-qara qatarların hərəkətinə ciddi təhlükə yaradır. Nəticədə heyvanlar tələf olur, qatarlara zərər dəyir, maşinist təcili tormozlama etməli olur ki, bu da qatar heyətinin və sərnişinlərin həyatına risk yaradır.

Bəzi heyvan sahibləri mal-qaranı dəmir yolundan keçirmək üçün hasarları sökür və bu da təhlükəsizliyə ciddi təhlükə yaradır. Həmin şəxslər qanunvericiliyə uyğun olaraq cərimələnirlər.

ADY isə öz növbəsində bu cür hadisələri önləmək üçün sıx məskunlaşma ərazilərindən keçən dəmir yolu xətlərinin ətrafını hasarlayır.

AzVision.az



Teqlər:





Xəbər lenti