Travmatoloq və ginekoloqların maaşı 3 mindən çoxdur

Travmatoloq və ginekoloqların maaşı 3 mindən çoxdur
  17 Dekabr 2024    Oxunub:600
Tibb heyətinin gəlirləri icbari tibbi sığortadan əvvəlki dövrlə müqayisədə əhəmiyyətli dərəcədə artıb.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib. Onun sözlərinə görə, xüsusilə, 2024-cü il üçün sabit əməkhaqqı və bonuslar daxil olmaqla travmatoloqların maaşı 3600 manata, ümumi cərrahların və mama-ginekoloqların maaşı isə 3300 manata yüksəlib.

Dərman vasitələrinin təminatı ilə bağlı yeni təşəbbüslərdən danışan Agentliyin İdarə Heyətinin sədri qeyd edib ki, ilk mərhələdə ürək-damar xəstəlikləri, daha sonra həzm və tənəffüs sistemi xəstəlikləri üçün dərman təminatı mərhələli şəkildə həyata keçiriləcək. Ambulator şəraitdə resept əsasında yazılan dərman vasitələrinin təminatına 2025-ci ilin 6 ayı üzrə 40 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti