Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb

Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb
  17 Dekabr 2024    Oxunub:420
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyevi qəbul edib.
AzVision.az xəbər verir ki, bu barədə Yuri Husyev “X” platformasındakı paylaşımında bildirib.

"Hikmət Hacıyev ilə məhsuldar bir görüş oldu. Biz əlaqələrin gücləndirilməsi, iqtisadi əməkdaşlıq və investisiya imkanlarını müzakirə etdik. Göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarıq və biz strateji tərəfdaşlığımızın inkişafı üzərində işləyirik", - səfir paylaşımında qeyd edib.

AzVision.az



Teqlər:





Xəbər lenti