Vahid “Məhkəmə Çağrı Mərkəzi” istifadəyə verildi
Azərbaycan Respublikasının istənilən regionundan stasionar telefonlardan (012) 887, bütün mobil operatorlardan isə 887 qısa nömrəsinə yığmaqla, səsli menyuda təqdim olunan əlaqə kodları vasitəsilə müvafiq məhkəmə ilə əlaqə qurmaq mümkündür. Məhkəmələrin əlaqə kodlarını, həmçinin Məhkəmə-Hüquq Şurasının rəsmi internet səhifəsindən ( www.jlc.gov.az ) də əldə edə bilərsiniz.
Qeyd edilib ki, Çağrı Mərkəzi bazar ertəsi - cümə günləri saat 09:00-dan 18:00-dək canlı iş rejimində xidmət göstərir.
AzVision.az
Teqlər: