Qışda havanın orta temperaturu normaya yaxın olacaq

Qışda havanın orta temperaturu normaya yaxın olacaq
  18 Dekabr 2024    Oxunub:304
Qış fəslində Azərbaycanda havanın orta temperaturu çoxillik normaya yaxın olacaq.
Bu barədə AzVision.az -a Milli Hidrometrologiya Xidmətindən məlumat verilib. Xidmətin rəisi Nazim Mahmudov bildirib ki, bu ilin qış fəslində Azərbaycanda havanın orta temperaturu çoxillik normaya yaxın olacaq:

“Fəsillik proqnozlara əsasən bu ilin qış fəslində Azərbaycanda havanın orta temperaturu çoxillik normaya yaxın olacaq. Yağıntının miqdarının da normaya yaxın, bəzi yerlərdə bir qədər az olacağı proqnozlaşdırılır”.

N.Mahmudovun sözlərinə görə, Azərbaycanda çoxillik meteoroloji məlumatların təhlili göstərir ki, qış fəslinin iqlim xüsusiyyətlərinə görə adətən yanvar və fevral aylarında ölkə ərazisi daha tez-tez soyuq arktik hava cərəyanlarının təsirinə məruz qalır:

"Buna görə də qış fəslinin nisbətən mülayim keçəcəyi gözlənilsə də, bəzi dövrlərdə hava şəraitinin şaxtalı və qarlı keçməsi istisna olunmur".

AzVision.az



Teqlər:





Xəbər lenti