"Ölkəmizdə vəkillərin sayı ildən-ilə artacaq" - Anar Bağırov

   "Ölkəmizdə vəkillərin sayı ildən-ilə artacaq" -    Anar Bağırov
  18 Dekabr 2024    Oxunub:319
"Son illərdə ölkəmizdə vəkillik peşəsinə böyük maraq var. Gənc hüquqşünaslar vəkil olmağı arzulayırlar və kütləvi şəkildə vəkilliyə qəbul imtahanında içtirak etmək üçün müraciət edirlər. Son 6 ildə artıq 14-cü dəfədir ki, vəkilliyə qəbul üzrə imtahanı keçirilir".
AzVision.az xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, 5500-ə yaxın hüquqşünas vəkilliyə qəbul imtahanında iştirak edib:

"Onlardan 1800-dən çox hüquqşünas imtahanda uğur əldə edib. Məhz bunun nəticəsidir ki, ölkəmizdə vəkillərin sayı 3 dəfə artıb. Artıq 2500-dən çox vəkil fəaliyyət göstərir. Təbii ki, bu da son rəqəm deyil. Ölkəmizdə vəkillərin sayı ildən-ilə artacaq.

İmtahanın şəffaflığının təmin edilməsi məqsədilə bir çox yerli, dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər dəvət olunub".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti