Azərbaycanlılar yüksək rəqəmsal savadlılığın daha çox gəlir əldə etməyə imkan verdiyinə inanırlar
Azərbaycanlılar inanırlar ki, daha yüksək rəqəmsal bacarıqlara malik olsalar, gəlirlərini təxminən 36% artıra bilərlər. Xüsusilə gənc nəsil bu potensialı daha yüksək qiymətləndirir – 18-25 yaş qrupu hesab edir ki, texnologiyalara daha dərindən yiyələnsələr, gəlirləri təxminən 1,5 dəfə (47%) çoxala bilər.
Şirkətlər üçün bu vəziyyət ciddi risklərlə müşayiət olunur. Rəqəmsal savadlılığın aşağı səviyyəsi kibertəhlükəsizlik baxımından təşkilatlar üçün böyük təhdid yaradır. Sorğunun nəticələri göstərir ki, işçilərin əksəriyyəti (58%) rəqəmsal savadlılığın artırılması üzrə heç bir təlim və ya kurs keçməyib.
Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bu kontekstdə əlavə məlumat verib. O bildirib ki, kollektivdə rəqəmsal savadlılığın aşağı səviyyədə olması ciddi kibertəhlükəsizlik risklərini özündə ehtiva edir. Məmmədov həmçinin qeyd edib ki, işçilərə informasiya gigiyenasının əsasları barədə təlim keçmək və onların buraxdığı səhvlərin mümkün nəticələrini azaltmaq çox vacibdir.
Araşdırma 2024-cü ilin noyabr-dekabr aylarında “ERA Research” şirkəti tərəfindən aparılıb. Telefon sorğusu Bakı, Gəncə və Sumqayıt şəhərlərinin 18 yaşdan yuxarı 500 nəfər sakini arasında həyata keçirilib.
AzVision.az
Teqlər: