Prezidentin köməkçisi: “Sülh üçün münbit şərait yaranıb”

 Prezidentin köməkçisi: “Sülh üçün münbit şərait yaranıb”
  18 May 2025    Oxunub:574
“Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılmaqdadır”.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev belə deyib.

O bildirib ki, Cənubi Qafqaz regionunda məhz Azərbaycanın yürütdüyü siyasət nəticəsində torpaqlarımız işğaldan azad olundu, Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə təmin etdi:

“Regionda sülh üçün çox münbit şərait yaranıb. Cənubi Qafqazda yeni status-kvo və yeni reallıq var. Bu status kvo da işğala, təcavüzə deyil, beynəlxalq hüququn norma və prinsiplərinə, legitimliyə, qanuniliyə əsaslanır. Ermənistanla münasibətlərin normallaşdırılması üçün sülh müqaviləsinin mətni də rəsmi Bakı tərəfindən Ermənistan tərəfinə təqdim olunub. Bu, Azərbaycanın regional sülh gündəliyinə nə qədər sadiq olduğunun, onu dəstəklədiyinin bariz təcəssümüdür. Müsbət tərəf odur ki, sülh sazişinin mətni razılaşdırılıb.

Bununla bərabər Ermənistanla razılaşdırılmayan açıq məsələlər qalır. Ermənistanın konstitusional əsasda Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır ki, regionda davamlı, qəti sülhə nail olaq. Bu gün regionda həqiqətən sülh, sabitlik var. Bunun hüquqi çərçivəyə salınması üçün Azərbaycan üzərinə düşən səyləri davam etdirəcək”.

AzVision.az



Teqlər:





Xəbər lenti