“E-sosial” ilə imzalanan əmək müqavilələrinin sayı artır

“E-sosial” ilə imzalanan əmək müqavilələrinin sayı artır
  24 May 2025    Oxunub:457
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “e-sosial” portalının mobil tətbiqi vasitəsilə, elektron qaydada 23,2 min əmək müqaviləsi imzalanıb.
AzVision.az Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına istinadən xəbər verir ki, həmin mobil tətbiqə bu ilin mart ayında növbəti yenilik - əmək müqavilələrinin elektron qaydada imzalanmasına imkan verən funksiya əlavə olunub.

İşəgötürən tərəfindən təsdiq üçün təqdim edilən əmək müqaviləsi vətəndaşın “e-sosial” mobil tətbiqində əsas ekranın “Əmək müqaviləsinin imzalanması” bölməsində əks olunur.

Vətəndaşlar həmin müqavilələri elektron şəkildə (SİMA rəqəmsal imza və ya “ASAN İmza” vasitəsilə) rahat şəkildə imzalaya bilirlər.

Bu yenilik əmək münasibətlərinin rəqəmsal müstəviyə keçidini sürətləndirməklə yanaşı, imzalanma prosesini daha çevik və vətəndaşlar üçün əlçatan edir.


Teqlər: ƏƏSMN   E-sosial  





Xəbər lenti